Ermənilər hərbiçilərimizə pulemyotlardan atəş açdı 23 07 2016

 

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.

Dünyatv.az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Azatamut, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

  • Müəllif: Elnur
  • Tarix 23-07-2016, 05:25
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 365
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac