Arvadının ölümünə dözə bilmədi - Evə od vurdu, özünü asdı - FOTO 26 07 2016

Tovuz rayonunda baş vermiş dəhşətli intiharın təfərrüatı məlum olub. Evə od vurub özünü asan şəxs intihar edəcəyini və bunun səbəbini yaxınlarına deyibmiş.

Dəhşətli hadisə iyulun 23-də Qovlar şəhəri ərazisində qeydə alınıb. Vidadi Allahverdiyev özünə məxsus 6 otaqlı evi yandırıb, sonra isə intihar edib. Onun meyitini yanğınsöndürənlər yanğını söndürəndən sonra aşkarlayıb.

Dünyatv.az bildirir ki, Tovuz Rayon Prokurorluğundan cirminal.az-a deyildi ki, V.Allahverdiyevin həyat yoldaşı bir müddət əvvəl dünyasını dəyişib. Onun ölümündən sonra V.Allahverdiyev yaxınlarına yaşamağın mənasız olduğunu, həyat yoldaşı olmadan həyatın ona maraqsız olduğunu deyibmiş. 

Heç bir problemi olmadığından onun intiharı da məhz həyat yoldaşının ölümünə görə etməsi ehtimal olunur. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Arvadının ölümünə dözə bilmədi - Evə od vurdu, özünü asdı - FOTO 26 07 2016

 


  • Müəllif: Elnur
  • Tarix 26-07-2016, 12:42
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 534
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac