Sumqayıtda idman kompleksində tibb bacısının müəmmalı ölümü - TƏFƏRRÜAT 28 07 2016

Sumqayıtda idman kompleksində tibb bacısının müəmmalı ölümü - TƏFƏRRÜAT  28 07 2016

  

İyulun 27-də Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb.

Dünyatv.az Trend-ə istinadən bildirir ki, bu barədə sayta Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda "Term" İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub.

Mərhumənin yaxınları Trend-ə bildiriblər ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib. 

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, mərhum Ülkər Qubadlı Rayon Xəstəxanasında işləyiridi.

  • Müəllif: Elnur
  • Tarix 28-07-2016, 07:53
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 783
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac