Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq 28 07 2016

Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq 28 07 2016

  

İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, gecə və səhər yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında havadəyişkən buludlu olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 20-23 dərəcə isti, gündüz 25-29 dərəcə isti, Bakıda gecə 21-23 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 25-30dərəcə isti, dağlarda gecə 10-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz gəlincə, iyulun 31-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü ilə yanaşı, yay mövsümü üçün komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Müəllif: Elnur
  • Tarix 28-07-2016, 09:38
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, hava xəbərləri
  • Baxılıb: 96
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac