İmtahan verdilər, nəticələri bilmədən suda boğulub öldülər - FACİƏ 28 07 2016

 

24 iyul saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə dəhşətli hadisə baş verib. 
Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.

Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub. Onların hər birinin 1999-cu il təvəllüdlü və Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. 

Yeniyetmələr 23 iyul tarixində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən II və III ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında iştirak ediblər. Qəbul imtahanından yaxşı nəticə əldə etsələr də, sevincli anları yaşamaq onlara qismət olmayıb.
  • Müəllif: Elnur
  • Tarix 28-07-2016, 10:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 406
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac