Uşağı öldürən həkimlər işdən qovuldular 30 07 2016

Ötən ay Zataqalada baş vermiş körpə ölümünə görə həkimlər cəzalandırılıb.

Dünyatv.az 
APA-ya 
istinadən bildirir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva APA-ya açıqlamasında deyib ki, iyunun 23-də xəstəxanada 5 aylıq uşağın (Səlim Laçınovun) dünyasını dəyişməsi hadisəsi Səhiyyə Nazirliyinin Uşaq ölümləri üzrə Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hallarının araşdırılması üzrə komissiya araşdırılıb. Onun sözlərinə görə, həmin protokoldan çıxarış nazirlik tərəfindən Zaqatala rayon Mərkəzi Xəstəxanasına göndərilib və qəti tədbir görülməsi tapşırılıb: "Komissiya araşdırmasının rəyinə əsasən, 2 həkim işdən azad olunub, digər aidiyyəti şəxslərə qarşı inzibatı məsuliyyət tədbirləri görülüb. İşdən çıxarılan 2 həkim uşağın əməliyyatında iştirak edən Elşən Məmmədov (Aslan) və Vəfa Vahabovadır".
 
Qeyd edək ki, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlim Laçınov qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində Zaqatala rayon mərkəzi xəstəxanasında gətirilib.
 
Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. Uşağın valideynləri həkim-cərrah Aslan Məmmədovla söhbət zamanı onu Bakıya aparmaq istədiklərini bildirsələr də həkim buna ehtiyacın olmadığını deyib.
 
İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat  21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edib.

 

  • Müəllif: Elnur
  • Tarix 30-07-2016, 08:44
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 394
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac