dunyatv.az
CANLI YAYIN

Günün qoroskopu: qətiyyətli və inadkar olsanız... 02 08 2016

2-08-2016, 08:25

Günün qoroskopu: qətiyyətli və inadkar olsanız... 02 08 2016

 

Gündəlik Bürclər - 02.08.2016
Qoç - hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz. Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın. Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.

Gündəlik Bürclər - 02.08.2016
Buğa - qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

Gündəlik Bürclər - 02.08.2016
Əkizlər - qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

Gündəlik Bürclər - 02.08.2016
Xərçəng - uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun, təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.

Gündəlik Bürclər - 02.08.2016
Şir - sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin. İşdə və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Gündəlik Bürclər - 02.08.2016
Qız - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır. Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və nöqsanlarınızdan danışan insanlardan uzaq olun.

Gündəlik Bürclər - 02.08.2016
Tərəzi - son vaxtlar sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında aktiv çalışın. Axşam saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.

Gündəlik Bürclər - 02.08.2016
Əqrəb - maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa edəcəksiniz.

Gündəlik Bürclər - 02.08.2016
Oxatan - yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır. Səfər və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın. Olayların sərfəli axarından yararlanın.

Gündəlik Bürclər - 02.08.2016
Oğlaq - mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın ətrafınızdakı insanlara illüzor təsir bağışlasa da, geri çəkilməyin.

Gündəlik Bürclər - 02.08.2016
Dolça - alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı düşəcək. Süstlük və apatiyaya qapılmayın. Aktiv olun.

Gündəlik Bürclər - 02.08.2016
Balıqlar - ehtiyatlı və sərvaxt olun. Olaylar istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək. Sadəcə, bir qədər gözləmək gərəkdir. İşdə rəhbərliklə mühüm məsələləri müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və baxışlardakı fərqlər münaqişə yarada bilər.


Oxunub: 540

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.