dunyatv.az
CANLI YAYIN

Salyanda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb 09 08 2016

9-08-2016, 07:04

Salyanda maşın aşıb, bir ailənin beş üzvü xəsarət alıb 09 08 2016

 

Ələt-Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü - Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Qüdrət qızı Heydərova, 51 yaşlı Mətanət Qafur qızı Babayeva, 23 yaşlı Günel Müqabil qızı Heydərova, 3 yaşlı Heydər Elşən oğlu Heydərov və 3 aylıq Sevinc Elşən qızı Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

 

 Faktla bağlı araşdırma aparılır.


Oxunub: 828

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.