dunyatv.az
CANLI YAYIN

Yalan danışan insanı tanımağın yolları 10 09 2016

10-08-2016, 07:20

 

Yalan danışan insanlarla hər yerdə qarşılaşmaq olar. Bəs yalan danışan insanları necə müəyyən etmək olar?

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, Avropanın aparıcı psixoloqları yalanı üzə çıxarmağın bir neçə üsulunu müəyyən ediblər. 
 
Psixoloqların fikrincə, sualdan qaçan insanın dodaqlarını çeynəməsi, danışarkən əllərini sinəyə söykəməsi, üz və burun nahiyəsinə sürtməsi kimi davranışları yalana dəlalət edir.
 
Qənaətə görə, sözü söyləyərkən barmaqlarını sıxan, ayaqlarını tez-tez oynadan, sualı təkrarladan, söhbət zamanı "amma" bağlayıcısını mütəmadi işlədən, gözlərin içinə baxaraq danışan insanlarla diqqətli olmaq məsləhət görülür.
 
Elm adamlarının araşdırmasında ən maraqlı üsul isə ondan ibarətdir ki, yalan danışan insanın burnunda isinmə əmələ gəlir. Bu səbəbdən yaxın adamın yalanını burnunu yoxlamaqla müəyyənləşdirmək olar. 


Oxunub: 717

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.