ZƏNCƏFIL SUYU MIQREN, OYNAQ VƏ ƏZƏLƏ AĞRILARINI ANINDA KƏSIR, KÖP VƏ QICQIRMANI YOX EDIR!-RESEPT 10 08 2016

ZƏNCƏFIL SUYU MIQREN, OYNAQ VƏ ƏZƏLƏ AĞRILARINI ANINDA KƏSIR, KÖP VƏ QICQIRMANI YOX EDIR!-RESEPT 10 08 2016

 

Zəncəfil  yüksək müalicəvi xüsusiyyətlərə malikdir.

Dünyatv.az SaqlamHeyat.az-a istinadən bildirir ki, Zəncəfil  ta qədimdən müalicəvi vasitə kimi istifadə olunur. Zəncəfilin xeyirli xüsusiyyətləri olduqca coxdur.

Zəncəfil antibakterial, antiseptik, iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Qədimdən zəncəfil boğaz iltihabları, soyuqdəymə zamanı çox uğurla istifadə olunurdu.

Zəncəfil çox yaxşı bəlğəmgətirici vasitədir və bu səbəbdən öskürək, bronxit, bronxial astma zamanı istifadə olunur.

Zəncəfil damarların divarlarını orada yığılan xolesterindən təmizləyir və ateroskleroz xəstəliyi zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə uğurla istifadə oluna bilər.

Zəncəfilin antihelmint (qurdlar əleyhinə) xüsusiyyətləri də var. Bu səbəbdən uşaqların qidalarına, südə, çaya, şirəyə və s. cüzi miqdarda üyüdülmüş zəncəfil əlavə etməklə siz uşağınızın orqanizmini qurdlardan təmizləyə bilərsiniz.

Zəncəfilin spazmolitik xüsusiyyətləri də var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.

Ümumillikdə müxtəlif spazmlarla mübarizədə (başda, öd kisəsində, böyrəklərdə) zəncəfil çox yaxşı vasitə sayılır.

Zəncəfil həzm prosesləri stimullaşdırır və yaxşılaşdırır, qastritlə mübarizə edir.

Zəncəfil antioksidant xüsusiyyətlərinə malikdir, insanın orqanizmini toksinlər, sərbəst radikallar, şlaklardan təmizləyir, cavanlaşdırır, orqanizmin tonusunu qaldırır, immuniteti möhkəmləndirir.

Zəncəfil mübadilə prosesləri sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.

Zəncəfil insanın sinir sisteminə də çox müsbət təsir edir, nevroz, stress, əqli və emosional yorğunluq zamanı istifadə oluna bilər. Zəncəfil yaddaşı və diqqəti yaxşılaşdırır.

 
Tələb olunan ərzaqlar:

xırda-xırda doğranmış təzə zəncəfil - 200 qr. 
1 limon qabığı ilə
şəkər tozu - ¾ stəkan
mineral su (hansı olsa)

 

Hazırlanma qaydası: 
1. Zəncəfil, enli zolaqlarla doğranmış limon qabığı və 2 stəkan suyu orta ölçülü qazana tökün. İti alovda qaynara saldıqdan sonra vam alovda qapağı bağlı vəziyyətdə 10 dəqiqə bişirin.
2. Mütəmadi qarışdıra-qarışdıra şəkər tozu əlavə edin, daha 15 dəqiqə, maye azalıb 1,5 stəkan olana kimi bişirin. 
3. Mayeni süzüb limon qabığı və zəncəfili tullayın. 
4. Qarışımı soyudub şüşə qaba tökün. Ağzını kip bağlayıb 1 saat soyuducuda soyudun (1 həftəyə kimi saxlamaq olar). 
İstəkdən asılı olaraq şəkər tozunu balla əvəz etmək mümkündür.
  • Müəllif: Elnur
  • Tarix 10-08-2016, 11:55
  • Bölmə: Ana səhifə, Dunyatv, Qadın Dünyası, Maraqlı
  • Baxılıb: 135
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac