YOXLUĞUN SARSIDIR, İNCİDİR MƏNİ

YOXLUĞUN SARSIDIR, İNCİDİR MƏNİ

 

YOXLUĞUN SARSIDIR, İNCİDİR MƏNİ

El ağsaqqalı, mərhum Fərəc Fərəcova.

Qəfil,  üzüntülü ölüm xəbərin sarsıtdı, incitdi məni. Qurumadı gözlərimin nəmi.  Doğma atamı itirdiyim ağrı-acıdan sonra sənin də itgin qəlbimi göynətdi, sızlatdı. Hər dəfə sənin ziyarətinə gələndə xoşhallıqla qarşılardın, "Elə bil ata ocağına gəlirsən... Tez-tez gəl... jurnalist qızım” deyərdin. Mənə olan atalıq qayğısını əsirgəməzdin. Maraqlı söhbətlərinlə vaxtın necə gəlib keçməsini hiss elətdirməzdin. Gözəl avazın var idi. Könlünə düşəndə, ara-sıra zümzümə edirdin. Heyranlıqla qulaq asırdım. Keçmişdə olan hadisələri elə maraqla və həvəslə nəql edirdin ki, dinləməkdən doymurdum. Ömür yolun bir dastana bərabərdi. Haqqında yazmağımı təklif edəndə təvazökarlıq edirdin... Ailəndən Vətənimizə, cəmiyyətimizə ziyalılar yetirdin. Bunu hər dəfə fəxrlə söyləyirdin. Elinin-obanın istəklisi olmaqla yanaşı, həm də ləyaqətli ailə başçısı, qayğıkeş ata, sevimli baba, bir sözlə, dəyanətli, gözəl insan idin. Əsl nəcabətli, zəngin mənəviyyatlı şəxsiyyət kimi sadə və səmimiliyinlə hamının rəğbətini  qazanmışdın. Həyatın sınaqlarından alnıaçıq, üzüağ çıxmışdın. Varın, sərvətin hörmət-izzətdi, tutduğun nurlu yol haqq-ədalətdi.

Sonuncu dəfə səni görəndə elə bil ürəyinə dammış kimi, üzünü Leylaya tutub dedin:  Jurnalist qızımızı heç vaxt unutma! İndi sənsiz ağlar qaldı dərdli Leyla da.

Allah Təala qüdrətindən sənə yaraşıqlı boy-buxun, qamət vermişdi. Yaşının çoxluğundan ağrılar hiss etsən də, özünü qürurlu göstərirdin. Nurlu baxışların, xoş siman indi də gözlərim önündə canlanır. Sənin yoxluğuna inana bilmirəm. Daima qəlbimizdə yaşayacaqsan! Ürəklərimizdə adın qaldı... Xeyirxah əməllərin unudulmazdı. Əziz və əvəzsiz xatirən qəlbimə əbədi  həkk olub. Məkanın behişt,  torpağın nur olsun! Qovuş ilahinin rəhmətinə! Səbrlər diləyirəm əzizlərinə!

 

                                                                                  İlhamə Məhəmmədqızı

  • Müəllif: Elnur
  • Tarix 15-08-2016, 06:19
  • Bölmə: Ana səhifə, Dunyatv, Şəkillər, Esrin Sedasi
  • Baxılıb: 306
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Июнь 2017    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Arxiv
Sayğac