dunyatv.az
CANLI YAYIN

Gündəlik Bürclər 15 08 2016

15-08-2016, 08:37

Gündəlik Bürclər 15 08 2016

 

Gündəlik Bürclər - 15.08.2016
Qoç - oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin. Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin.

Gündəlik Bürclər - 15.08.2016
Buğa - planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız. Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin. Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Gündəlik Bürclər - 15.08.2016
Əkizlər - yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.

Gündəlik Bürclər - 15.08.2016
Xərçəng - peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz. Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın.

Gündəlik Bürclər - 15.08.2016
Şir - yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.

Gündəlik Bürclər - 15.08.2016
Qız - çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin. Səmimi, qayğıkeş olun.

Gündəlik Bürclər - 15.08.2016
Tərəzi - təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin. Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin.

Gündəlik Bürclər - 15.08.2016
Əqrəb - sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər. Sağlam məntiqi unutmayın.

Gündəlik Bürclər - 15.08.2016
Oxatan - qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur. Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.

Gündəlik Bürclər - 15.08.2016
Oğlaq - bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq. Ötən həftədən qalmış işi başa vurun. Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.

Gündəlik Bürclər - 15.08.2016
Dolça - dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın. İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın.

Gündəlik Bürclər - 15.08.2016
Balıqlar - uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın.


Oxunub: 673

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.