Azərbaycanlı boksçu Rio-da yarımfinala çıxıb, erməni idmançı ilə qarşılaşacaq 17 08 2016

Azərbaycanlı boksçu Rio-da yarımfinala çıxıb, erməni idmançı ilə qarşılaşacaq 17 08 2016

 

Azərbaycan boksçusu Lorenzo Sotomayor Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qələbə qazanaraq yarışın növbəti mərhələsinə keçib.

Dünyatv.az Trend-ə istinadən bildirir ki, Sotomayor Kuba boksçusu Yasniyer Toledo üzərində qələbə qazanıb və yarımfinala çıxıb.

Dünyatv.az apasport.az-a istinadən xəbər verir ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib. 

Görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.
 
Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib.
 
Boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək.
 
Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldı. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışdı.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

  • Müəllif: Elnur
  • Tarix 17-08-2016, 06:07
  • Bölmə: Ana səhifə, Dunyatv, Xəbərlər, İdman
  • Baxılıb: 183
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 0 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 0 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 4 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 1 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 3 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 45 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 62 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 37 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac