dunyatv.az
CANLI YAYIN

Şəkidə 20 yaşlı oğlan atasına məxsus avtomobili yandırıb 24 08 2016

24-08-2016, 07:35

Şəkidə 20 yaşlı oğlan atasına məxsus avtomobili yandırıb 24 08 2016

 

Şəkidə 20 yaşlı oğlan ailə münaqişəsi zəminində atasına məxsus avtomobili yandırıb.


Dünyatv.az  APA-ya istinadən bildirilib ki, avqustun 23-dən 24-ə keçən gecə Şəki şəhəri S. Mumtaz küçəsində  "CHRYSLER” markalı minik avtomobilində yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.  Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, rayonda maşın alqı-satqısı ilə məşğul olan Şəki şəhər sakini Eyvaz Nizami oğlu Əsgərov istifadəyə yararsız vəziyyətdə olan avtomobili bir-neçə gün əvvəl alıb. Eyvaz Əsgərovun 20 yaşlı oğlu Peyman ilə aralarında olan ailə münaqişəsi zamanı Peyman atasından acıq çıxmaq məqsədi ilə avtomobilə od vurub.

 

Faktla bağlı araşdırma aparılır.

 


Oxunub: 602

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.