Aparıcı Qurban İsmayılov: “Mələk cildinə girmək lazım deyil” 24 08 2016


 

"DTV” telekanalında yayımlanan "Şou Dünyası” verilişinin aparıcısı Qurban İsmayılov Dünyat.az saytına müsahibəsi

 

- Qurban bəy, artıq neçə ildir ki incəsənət işçiləri ilə çalışırsınız. Necədir müğənnilərlə işləmək, onların kaprizlərinə dözmək?


- Düzünü bilmək istəyirsinizsə çox çətindir. Mən ad çəkməyəcəm, amma onu deyim ki, özündən razı müğənnilərimiz hədsiz çoxdur, kamera arxası elə göz süzdürürlər ki, elə bil bunlardan yoxdu, o ki kameraların işığı yandı özlərinən razılığı qoyurlar bir kənara, olurlar sadə bir insan. Xoşlamıram özündən razı insanları, mələk cildinə girən bəzi müğənniləri...Hər kəsi Allah yaradıb, necə yaranmısınızsa elədə olmağa çalışın. Ən azından keçmişinizi unutmayın, çünki gələcəkdə kimin başına nə iş gələcəyi məlum deyil.


- Belə çıxır ki, çox stresli hallarla rastlaşırsınız...


- Artıq iki ildir ki, bəzi müğənnilərin özündən razılığına səbir edirəm, elə olur ki, heç fikir belə vermirəm. Bəzən də deyərdim ki, yaxın dostlarla görüşüb bir çay süfrəsində əyləşmək kifayət edir o boş stresi atmağa.  

 

- Verilişin reytinqinin qalxmağı aparıcının yaradıcılığına nə kimi təsirlər göstərir?


- Deyərdim ki, çox təsirləri olur. Verilişin reytinqli olması aparıcının uğurundan irəli gəlir. Çünki verilişi reytinqli edən aparıcı və onun qonaqlarıdı.


- Bəs sizcə "Şou Dünyası”nın reytinqi hansı səviyyədədir? Və bu sizi qane edirmi?


- Şükür Allaha əlbətdə qane edir. Bunu bizə daxil olan zənglər də təsdiqləyir ki,"Şou Dünyası”nın öz aditoriyası var, yetərincə sevilir və baxılır. Bir də sosial şəbəkələrdə tamaşaçıların öz fikirlərini yazmağı mənə çox xoş təsir edir. Amma xoşagəlməz şərhlərdə olur. Bu da təbii haldı, hər kəs məni sevə bilməz.


- Tamaşaçılar "Şou Dünyası”ndan nələri gözləsin...


- Öz tamaşaçılarıma demək istəyirəm ki, bizimlə qalın, bizi izləyin və ən əsasıda hər çərşənbə saat 11:15-də "Şou Dünyası” verilişini izləməyi qaçırmayın və şou aləmində baş verən xəbərlərdən bizimlə agah olun. 

 

Fərqanə Vəfadar


  • Müəllif: Elnur
  • Tarix 24-08-2016, 11:42
  • Bölmə: Ana səhifə, Dunyatv, Şəkillər, Şou-Biznes, Maraqlı
  • Baxılıb: 344
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac