Sevdiyiniz İnsan Tərəfindən Tərk Edilməyin 5 Mümkün Səbəbi 25 08 2016

Sevdiyiniz İnsan Tərəfindən Tərk Edilməyin 5 Mümkün Səbəbi 25 08 2016

  

Münasibətdə müxtəlif maneələrlə rastlaşırıq və bəzən həmin maneələr bizi daha böyük çətinliklərə doğru sürükləyə bilir. Nəticədə isə tərk edilirik və bunun səbəbini başa düşəcək ruh halında olmuruq. Müəyyən müddət keçdikdən sonra isə səbəbləri axtarmağa başlayırıq.

İnsanın təbiətində özündə səhv görməyə meyllilik yoxdur. Biz daha çox qarşımızdakı insanı eqoist adlandıraraq, bütün günahı həmin insanın çiyinlərinə yığmağa çalışırıq. Lakin, sevginin və qarşılıqlı kompromisin əsas olduğunu unuduruq. Bu gün də məhz bu faktorlara nəzər salmağa çalışacağıq. Beləliklə, sevdiyin insan tərəfindən tərk edilməyin 5 əsas səbəbi ilə tanış olaq.

1. Planlı hərəkət etmək

Bəli, plan qurmaq və ona uyğun hərəkət etmək hər insan üçün üstünlükdür. Lakin münasibətlərdə çox plana uyğun hərəkət etmək əməlli-başlı faciəyə səbəb ola bilər. Tanışlıq mərhələsi başa çatdıqdan sonra, iki insan arasındakı münasibətlərdə spontanlıq da azalır. Nəticədə qarşındakı insan sənin hansı situasiyada nə edəcəyini çox asanlıqla güman edə bilir. Bəziləri bunun çox vacib sevgi faktoru olduğunu düşünsə də, müəyyən məqamda bezdirici ola bilər. Belə halda isə, sevgidə marağın qalmaması səbəbi ilə tərk edilə bilərsiniz. Sürprizlər və spontanlıq daima vacibdir. 

2. Böyük dəyişikliklər

Birtərəfli hadisə baş verdiyi halda, bəzən sevgi bunun qarşısında dayana bilmir. Bu tərəflərdən birinin həyatında baş verən dəyişikliklə əlaqədar olur. Nəticədə sevgililərdən biri axına uyğun hərəkət edir, digəri isə hərəkətsiz qalır. Belə hallarda ünsiyyət olduqca mühüm rol oynayır. Yeniliklərlə əlaqədar narahatlıqlarınızı danışmalı və uyğun ortaq nöqtələr fikirləşməyə çalışmalısınız. 

3. Özünü arzuolunan hiss etməmək

Münasibətin bir mərhələsində artıq insanlar o qədər doğmalaşa bilir ki, bir-birilərinə arzuolunan hiss etdirməməyə başlayırlar. Qarşı tərəf isə bunu soyuqluq və sevgisizlik kimi qavrayır, diqqətsizlik görməkdən gileylənir. Ümumiyyətlə, özünü arzuolunan hiss etməmək çox bərbad hissdir. Bunun əksini sübut etmək üçün əlinizdən gələni etməyə çalışın. Onun sizin üçün nə qədər dəyərli olduğunu sübut edin.

4. Diqqətsizlik

Siz belə olduğunu düşünməsəniz də, qarşınızdakı insan bəlkə də uzun müddətdir ki, sizin diqqətsizliyinizə görə əziyyət çəkir. Sevdiyiniz insanı diqqətsiz qoymaqla, onu özünü dəyərsiz hiss etməyə məcbur edir, nəticədə isə ayrılığa qədər gəlib çıxırsınız. İşləriniz çox olsa da, müəyyən zamanı məhz sevginiz və sevgilinizə həsr etməyi unutmayın.

5. Tənhalıq

Bu da diqqətsizliyə bağlanan mövzulardan biridir. Sizin yarınız heç vaxt tənha olduğunu hiss etməməlidir, hətta siz onun yanında olmayanda da varlığınızı və dəstəyinizi mütləq duymalıdır. Sevgilinizin sizinlə az danışmağa başladığını, çox sual vermədiyini müşahidə etməyə başlamısınızsa, tez vəziyyəti düzəltməyə çalışın.


  • Müəllif: Elnur
  • Tarix 25-08-2016, 12:55
  • Bölmə: Ana səhifə, Dunyatv, Sevgi, Qadın Dünyası, Maraqlı
  • Baxılıb: 252
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 27 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 13 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 8 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 38 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 41 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Июль 2017    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Arxiv
Sayğac