dunyatv.az
CANLI YAYIN

Yeni tədris ili nə vaxt başlayır? - Nazirlikdən AÇIQLAMA 30 08 2016

30-08-2016, 06:47

Yeni tədris ili nə vaxt başlayır? - Nazirlikdən AÇIQLAMA 30 08 2016 

Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.

Dünyatv.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan report-un sorğusuna cavab olaraq deyilib ki, prezidentin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.

Məlumatda o da qeyd olunub ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 12-si və 13-ü qeyri-iş günlədirir.


Oxunub: 1 543

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.