dunyatv.az
CANLI YAYIN

Azərbaycanda DƏHŞƏTLİ OLAY: ölənlərin sayı 6-ya çatdı - SİYAHI 31 08 2016

31-08-2016, 07:51

Azərbaycanda DƏHŞƏTLİ OLAY: ölənlərin sayı 6-ya çatdı - SİYAHI 31 08 2016

 

Bu gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Dünyatv.az Lent.az-ıa istinadən bildirir ki, magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında "Wolksfagen Passat" markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və "VAZ 2102" markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib. Hadisə zamanı "VAZ 2102"ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüb. Həmçinin "Wolksfagen Passat"ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat edib.

 

Bildirilir ki, qəzaya səbəb "Wolksfagen Passat"ın digər avtomobilin yoluna çıxması olub.


Oxunub: 1 318

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.