Hamilələrin edə biləcəyi idman – 6 hərəkət 31 08 2016

Hamilələrin edə biləcəyi idman – 6 hərəkət 31 08 2016

 

Hamiləlik zamanı fit, sağlam və enerjili olmağın yüzlərlə yolu var. Yetər ki istəyin və həkiminizlə məsləhətləşməyi unutmayın.

 

Kürək ağrısı sizi öldürür, əlləriniz, ayaq biləkləriniz şişib və yata bilmirsiniz. Başqa bir ifadə ilə desək, hamiləsiniz. Bax, elə hamiləlikdən qaynaqlanan bu ağrı və sızıntıları ən aza endirməyin ən yaxşı yolu idmandır. Hamilələr əksərən idman etməkdən qorxurlar, amma bu böyük yanlışdır.

 

 

Gerçək təhlükə hərəkətsizlikdir

 

Hamiləlik hərəkət etmək zamanıdır. Gerçək təhlükə hərəkətsiz olmaqdır. Çünki hərəkətsizlik özü ilə bərabər artıq çəkiləri, yüksək qan təzyiqini, ağrı və damar  tutulmalarını, hətta şəkər xəstəliyinə meyilliyi artırır. Unutmayın ki, hamiləlik zamanı şəkəri aşkarlanan qadınların hamiləlikdən sonra 60-70-%i sonrakı dövrdə gerçək şəkər xəstəliyinə yaxalanır.

 

Həm də idman ruhən də sizi xoşbəxt edər, doğuş sonrası da tez sağalmanıza yardımçı olub artıq çəkiləri vermənizə yardım edir.

 

Bəs hamiləlik zamanı nə qədər idman etmək lazımdır? Mütəxəssislər hər gün ən az 30 dəqiqə qaçmağı məsləhət görür. 30 dəqiqə orta sürətlə qaçış və ya 10 dəqiqəlik periodla 3 dəfə pilləkənləri çıxmaq.

 


Aile.lent.az hamilə qadınların etməsi uyğun olan 8 idman növünü təqdim edir.

 

Üzmək

 

 

Üzmək və suda edilən idmanlar hamiləlik üçün mükəmməldir. Həm də su ürək bulanmanızı azaldar , bel ağrılarına və şiş əzələlərə də yaxşı təsir edir.

 

 

Aktiv yürüş

 

 

Enerjili və fit olmaq üçün yürüşdən daha asan bir idman yoxdur. Ehtiyacınız olan tək şey rahat bir geyim və idman ayaqqabısıdır.

 

 

Qaçış

 

Bir az daha sürətimizi artıraqmı? Arada sürətinizi azaldaraq edəcəyiniz qaçışın da maddələr mübadiləsinə qatqısı çoxdur. Yetər ki yerə sağlam basın və oynaqlarınızı incitməyin.

 


Qrup idmanı və rəqs

 

Yüksək templi olmayan aerobik idman və rəqslər ürək ritmini sürətləndirmək, xoşbəxtlik hormonlarını  hərəkətə keçirmək üçün mükəmməl bir yoldur. Ancaq böyüyən qarnınızı da nəzərə alıb balans mərkəzini qoruyun.

 

 

İdman salonu velosipedi

 

Yüngülcə tərləmək, ürək ritminizi gücləndirmək və əzələlərin təbii gərginliyini qorumaq üçün mükəmməl bir yoldu. Ancaq həkimlə məsləhətləşməyi də unutmayın.

 

 

Ağırlıq qaldırma

 

İdman edərkən 30 dəqiqədən çox etməyin. Hər setdə  10 dəfə edin. Ya da daha rahat olmaq və zədələrdən qurtulmaq üçün elektrikli alətlərdən istifadə edin. Düzgün pozalarla nəfəs alıb verməyi unutmayın.

 

 

Pilates

 

Hamiləliyə uyğun pilates əzələlərinizi uzadır, daxili enerjinizin bayıra vurmasını təmin edir.

 

Əzələlərin uzanması və güclənməsi kürək və bel ağrılarınızı ortadan qaldırır. Ən önəmlisi duruşunuzu düzəldir.

 

 

Yoqa

 

Hamilə yoqası ana namizəd üçün ideal bir idmandır. Bədəni elastik edir  və dərin nəfəs alma hərəkətləri sayəsində doğuşa mükəmməl bir hazırlıqdır. 

  • Müəllif: Elnur
  • Tarix 31-08-2016, 08:00
  • Bölmə: Ana səhifə, Dunyatv, Sevgi, Qadın Dünyası, Maraqlı
  • Baxılıb: 144
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac