dunyatv.az
CANLI YAYIN

Qarpızı qışa saxlamaq olar - ÜSUL 31 08 2016

31-08-2016, 10:17

Qarpızı qışa saxlamaq olar - ÜSUL 31 08 2016

 

Qışda da təzə qarpız yemək hər kəsin arzusudur. Lakin artıq bu arzunu reallığa çevirə bilərsiniz. Hindistanda maraqlı üsulla artıq qarpızı qışa qədər mühafizə etmək mümkündür. Aile.lent.az bu üsulla sizi də tanış edir. İlk növbədə onu bildirək ki, qışa saxlayacağınız qarpız çatlaq, əzik və başqa zədəsi olmamalıdır. Əks təqdirdə işə yaramayacaq.

 

Qışda yemək istədiyiniz qarpızı seçin. Qarpızın çəkisi 4 kq civarında olmalıdır. Qarpızın çox yetişmiş və qabığının qalın olması idealdır. İndi isə sizə lazım olan əsas vəsait parafin yağı və ya şamdır. Bu iki maddə ilə qarpızı tamamilə bükürsünüz. Beləliklə, qarpız xarici faktorlardan və nəm itkisindən qorunur.

 

Bunun üçün:

 

  • Quru bir bezlə qarpızı silin.
  • Parafin yağı və ya şamı suda əridin.
  • Bir az soyumasını gözlədikdən sonra qarpızın səthini, 0,5 sm qalınlığında bu maye ilə örtün.
  • Donub sərtləşməsi üçün gözləyin.
  • Həmin qarpızı içində saman və ya qəzet kağızları ilə dolu bir qutuya qoyub üstünü bağlayın.
  • Qaranlıq, sərin və quru bir yerdə mühafizə edin.
  • Qarpızın üzərində hər hansı bir çatlaq və ya iz olub-olmadığını tez-tez yoxlayın.

    Qarpızı qışa saxlamaq olar - ÜSUL 31 08 2016


    Qarpızı qışa saxlamaq olar - ÜSUL 31 08 2016

     


Oxunub: 1 450

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.