dunyatv.az
CANLI YAYIN

Həmyerlisinin qulağını kəsdi - AĞDAŞDA 10 09 2016

10-09-2016, 08:30

 

Ağdaş rayon sakinləri arasında baş vermiş mübahisə qan tökülməsi ilə nəticələnib.

Dünyatv.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Qocayev Qəzənfər İmran oğlu şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı həmkəndlisi,
1971-ci il təvəllüdlü Allahverdiyev Musa Ələsgər oğlunun qulağını bıçaqla kəsərək ona xəsarət yetirib.
 
M. Allahverdiyev Ağdaş Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır


Oxunub: 814

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.