dunyatv.az
CANLI YAYIN

İsmayıllıda içərisində 3 nəfər olan avtomobil çayda batıb 13 09 2016

13-09-2016, 06:41

İsmayıllıda içərisində 3 nəfər olan avtomobil çayda batıb 13 09 2016

 

İsmayıllı rayonunda vətəndaşa məxsus "Niva" markalı minik avtomobili çayda batıb.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Girdiman çayının İsmayıllı rayonu ərazisindən keçən hissəsində "Niva” markalı minik avtomobili bataraq, içərisində 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobili sudan çıxarıb və vətəndaşlara müvafiq köməklik göstəriblər. 


Oxunub: 889

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.