dunyatv.az
CANLI YAYIN

Gənc qız avtomobillə vuruldu 13 09 2016

13-09-2016, 07:12

 

Tərtərdə piyadanı avtomobil vurub.

Dünyatv.az APA-ya istinadən bildirir ki, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən "VAZ 2106" markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D.Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Xəstəxanadan APA-ya bildirilib ki, D.Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunub: 831

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.