dunyatv.az
CANLI YAYIN

Bazar günü bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq 01 10 2016

1-10-2016, 09:15

Bazar günü bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq 01 10 2016

 


Bakı və Abşeron yarımadasında oktyabrın 2-də havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Dünyatv.az  APA-ya istinadən bildirir ki, havanın temperaturunun gecə 13-16° isti, gündüz  20-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

 

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacağı gözlənilir.


Oxunub: 1 398

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.