Rafetlə xanımı arasında gərginlik: "Tərbiyəsiz, çıx həyatımdan" 03 10 2016

Rafetlə xanımı arasında gərginlik: "Tərbiyəsiz, çıx həyatımdan" 03 10 2016

 

Müğənni Rafet El Romanla həyat yoldaşı Ceren Kaplakarslan arasında boşanma prosesi getdikcə gərginləşir.

Dünyatv.az Axşam.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl məktub yazaraq Rafetdən üzr istəyən və barışmalarını xahiş edən Ceren daha sonra dediklərini inkar edib. 

O, sosial şəbəkədə Rafeti işarələyərək yazıb:
 
"Bəzi adamlar şəxsiyyətlərinin çatışmayan tərəfləri ilə üzləşməkdənsə, bunu başqalarının məsumiyyətlərinə ləkə ataraq gizlədirlər. Kor vicdanlarına qarşı dürüst olmaqdansa, ağır qüsurlarını yükləyəcək günah keçisi axtarırlar. Bu məktubu mən yazmadım, sən yazdın. Tərbiyəsiz, çıx həyatımdan".

Cerenin atası Atilla da qızına dəstək olaraq "Narahat olma, qızım. Maddi və mənəvi təzminat ödəyəcəklər. Əxlaqsızlıqlarına görə cavab verəcəklər" yazıb.

Rafet də bunlara cavab olaraq yazıb:

"Üç gün əvvəl "səni sevirəm" deyərkən nə zaman bu qədər qəddar oldun? Nifrətin saxtası olmazmış, həqiqətən də. Bu məktubu sən yazdın, Ceren. Xatırladım sənə necə və nə zaman yazdığını. Atandan başqa şərh yazanlara  heç bir sözüm yoxdur. Onlar bilmirlər həqiqəti. Atilla, sən həyatımda tanıdığım ən yalançı, ən yaltaq, ən qorxaq insansan".
  • Müəllif: Elnur
  • Tarix 3-10-2016, 10:26
  • Bölmə: Ana səhifə, Dunyatv, Şou-Biznes, Maraqlı
  • Baxılıb: 76
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac