dunyatv.az
CANLI YAYIN

Manatın bahalaşması davam edir 11 10 2016

11-10-2016, 06:38

Manatın bahalaşması davam edir 11 10 2016

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

Dünyatv.az bildirir ki,AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 10-u ilə müqayisədə dəyişməyərək 1,6006 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7822 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 10-u ilə  müqayisədə 0,4% bahalaşaraq 0,0258 manat səviyyəsinə yüksəlib.

 

Türkiyə lirəsinin məzənnəsi isə 1% ucuzlaşaraq 0,5205 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9723 manatdır. Beləliklə, funt sterlinq 0,7%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 1% ucuzlaşaraq 0,6826 manat təşkil edib.



Oxunub: 498

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.