Bərdə rayonunda intihar hadisəsi baş verib.
Dünyatv.az Trend-ə istinadən bildirir ki, Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə oktyabrın 12-də saat 13 radələrində rayonun Şirvanlı kəndində baş verib. Kənd sakini, 1928-ci il təvəllüdlü Eyvaz Cəbiyev özünü yaşadığı evin həyətindəki ağacdan asaraq intihar edib.
İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.