dunyatv.az
CANLI YAYIN

Qubada güclü qar rayonun 8 kəndi ilə əlaqəsini kəsdi 18 10 2016

18-10-2016, 05:52

Qubada güclü qar rayonun 8 kəndi ilə əlaqəsini kəsdi 18 10 2016

 

Qubaya yağan güclü qar rayonun 8 kəndi ilə nəqliyyat əlaqəsini kəsib.

Dünyatv.az Milli.Az-a istindən bildirir ki, oktyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq yağan yağış sonra qara çevrilib.
Xınalıq kənd sakinlərinin verdiyi məlumata görə, qarın hündürlüyü 50 santimetdən çoxdur. Hazırda qonşu kəndlərdə də eyni vəziyyətdir.
Buduq kəndi Böyük Qafqaz silsiləsində olduğu üçün orada qarın hündürlüyü daha çoxdur. Burada qarın hündürlüyü 55 sm-dir. Hazırda qarın yağması davam edir.
Quba FHK Komissiyasının sədri Yusif Abidov "Report"a açıqlamasında bildirib ki, "qar güclənsə, çətinliklər yaranacaq, ancaq bununla bağlı tədbirlər görüləcək".


Oxunub: 944

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.