Əvəz Lələdağ "A kəndim" - 20 12 2016

[center][/center]A kəndim

Bir quş olam, uçam qonam Dikdaşa,
Doğma kəndə salam verəm ürəkdən.
Sackahası tamaşadır, tamaşa,
Çuxurbağa bir də enəm gərək mən.

Uçam, qonam Ağtəpənin başına,
Seyr eləyəm Ağyazını, Düzdəri.
Gedəm çıxam mən Gilliyin qaşına,
Hər kişinin öz obası, öz yeri.

Vurğunuyam düz ilqarın, düz əhdin,
Daşdərəni üzüb keçəm o yana.
“Tərəkəmə”, “cəngi” çala Xəlyəddin,
Bəlkə mənim yatan bəxtim oyana.

Sərt baxışım Anabata zillənə,
Könül quşum Qoşadaşda bənd ala.
Meh əsdikcə salxımsöyüd yellənə,
Qonşu qızı qəlbən mənə bənd ola.

Palaz sərəm qoca tutun altına,
Tez yapışam yelləndiyim budaqdan.
Gedəm, düşəm Qarapirin altına,
Diz qatlayıb su dümləyən bulaqdan.

Gözəlliyi gözlərimə ilişən,
Çalbayırı bu çağımda görəm mən.
Üst-başımı cıran kola ilişəm,
Həmənsiri bircə-bircə dərəm mən.

Şapalaq günehdən keçəm Ağyala,
Göyuçuq uçmasın, uçduğu bəsdi.
Bu dağlar, dərələr qayğıma qala,
Hicranın dumanı yolumu kəsdi.

Qızılqaya keşik çəkir kəndimə,
Yamacbulaq sevənlərin məskəni.
Kədər yağır hər bərəmə, bəndimə,
Kim qovacaq yurdumuzdan bəs çəni?

Başın nələr çəkib, zavallı kəndim,
Burda gileylənir sönən ocaqlar.
Dağılıb Yalyurdun bərəsi, bəndi,
De, hara gedibdi mən görən çağlar.

Burda itirmişəm uşaqlığımı,
Gəncliyim bu kənddən didərgin olub.
Cücərib bitdiyim ana torpaqda,
Şaxtalı qış qalıb, yaz sürgün olub.

Üstümdən mehrini kəsməzdin o vaxt,
Doğma balan kimi sevərdin məni.
Necə şirinləşib bu su, bu torpaq,
Mənsə gəzəmmirəm çölü, çəməni.

Gəzəm Ayılığı mən qarış-qarış,
Ay, Qoşundaş görüşünə gəlmişəm.
Ölümdən qorxmayan igidə alqış,
Yurdu qaytaracam, mən ölməmişəm.

Ya Rəbbim, nə ola, dönəm kəndimə,
Ürək verəm hər çiçəyə, hər gülə.
Möhtac olam öz çayıma, qəndimə,
Paslı arzularım yenidən gülə.

Xeyli vaxtdır təmizlənmir Malyolu,
Dəyirmanın suyu çoxdan sovulub.
Cadar-cadar olub indi Elyolu,
Köhnək atlar oylağından qovulub.

Gör necə boylanır məzar daşları,
Ruhlar dolanır başımın üstə.
Isti yuvasından perikib quşlar,
Bir daş da qalmayıb daşımın üstə.

Həmişə anam tək qucmusan məni,
Kölgəni üstümdən kəsmə, a kəndim.
Sevmişəm, ölüncə sevəcəm səni,
Fərsiz övladından küsmə, a kəndim,
Kölgəni üstümdən kəsmə, a kəndim.
10.11.2016.
Əvəz Lələdağ

  • Müəllif: dunya
  • Tarix 20-12-2016, 11:57
  • Bölmə: Ana səhifə, Dunyatv, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 52
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 18 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 20 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 22 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 28 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 27 | Şərhlər: 0 | Müəllif: dunya
Baxılıb: 37 | Şərhlər: 0 | Müəllif: dunya
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Февраль 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728 
Arxiv
Sayğac