Əvəz Lələdağ "Bəsdi" - 20 12 2016

[center][/center]Bəsdi

Ahımdan qaralır sübhün çırağı,
Danüzü boğulur acı tüstüdən.
Bizdən kömək umur Vətən torpağı,
Bağların bənizi qarsız istidən.

Haçan qurtaracaq canımız dərddən,
Nə vaxt çəkiləcək bu qara bulud.
Nə vaxt boyalanacaq günəş üfüqdən,
Nə vaxt gedəcəkdi avara bulud.

Hicran zindanında qaldığım bəsdi,
Bu haqsız sitəmlər yaxıb qəlbimi.
Namərdin felinə uymaq əbəsdir,
Varlığım sozalır sönən şam kimi.

Taleh çox çəkibdi məni sınağa,
Komamı dağıdıb bu azğın sellər.
Nicat qapısına açar tapmağa,
Gərək kömək edə xeyirxah ellər.

Hələ tuğyan edir küləklər, Allah,
Elə bil batıbdı quşların səsi.
Artıq təngə gəlib ürəklər, Allah,
Göylərə çatıbdı yerin naləsi.

Sinəmə çal-çarpaz dağlar çəkilir,
Ümid qapısını şər qıfıllayır.
Gecə şirin yuxum ərşə çəkilir,
Indi yurd yerimdə bayquş ulayır.

Hər şeydən, xəbərsiz yatıbdı dünya,
Dağlar da, daşlar da qəmdən ağlayır.
Kədər dəryasına batıbdı dünya,
Nadan nankorla ülfət bağlayır.

Bərədə mısıdıb bir naşı ovçu,
Sinəmə tuşlayıb zəhərli oxu.
Bəşərə bəllidir ovçunun suçu,
Niyə gördüyünə göz yumur çoxu.

Kor oldu bağbanın o kor gözləri,
Gülün dövrəsində görmədi xarı.
Bağban çıxartmadı sırtıq üzləri,
Qaldı yad əllərdə bağların barı.

Könlüm həmdəm olub qüssəyə, qəmə,
Qan-yaş axıtmaqdır gözümün qəsdi.
Dözümüm qalmayıb belə sitəmə,
Səbrim tükənibdi, dözdüyüm bəsdi!
2016
  • Müəllif: dunya
  • Tarix 20-12-2016, 12:02
  • Bölmə: Ana səhifə, Dunyatv, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 85
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac