Əvəz Lələdağ "Bir ümiddi, inamdı Heydər oğlu İlhamdı!" - 20 12 2016

[center][/center]Bir ümiddi, inamdı
Heydər oğlu İlhamdı!
Allah sizi qorusun
Cənab Prezident

Ürəyimə təpərdi,
Qollarıma hünərdi
Qaranlığı əridən
Günəşli bir səhərdi,
Xalqı haqqa səsləyən
Qələbədi, zəfərdi,
Alovlu sinəsiylə,
Vətənimə sipərdi.
Onun hər bir addımı,
Abadlaşan kəndimiz,
Çiçəklənən şəhərdi.
Torpağıma bərəkət,
Bağ-bağçamda bəhərdi.
Dünyanı silkələyən,
Əyilməyən, sınmayan,
Yerə-göyə sığmayan,
Gələcəyə nur saçan
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***

Azadlıq carçısıdır,
Xalqa arxa, köməkdir.
Gələcəyə boylanan,
Xoş arzu, saf diləkdir.
Liderlər arasında,
Düşünməkdə o təkdi
Azərbaycan elinin,
Köksündəki ürəkdi.
Dünən, bu gün, sabah da,
Xalqımıza gərəkdi.
Yurdumuzun qoynunda
Açılan tər çiçəkdi
Ayağı sayalıdı
Millətin süfrəsində
Tükənməyən çörəkdi,
Karvana bələdçidir,
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.
***

Bu millətə, bu xalqa
Allah verən paydı o.
Gündüzlər nurlu günəş,
Gecə parlaq aydı o.
Qayaların bağrını
Yarıb gələn çaydı o
Kəhkəşandı, Kəbədi,
Möhtəşəm saraydı o
Gözəllik vurğunudur,
Xoş xəbər, haraydı o
Əyilməyən, sınmayan
Bu dünyaya sığmayan
Bir ər oğlu, ərdi o
Gələcəyə inamdı,
Qələbəyə inamdı
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***
Ən ucqar kəndlərimiz
Necə gözəl görünür,
Nur selinə qərq olub
Gecə gözəl görünür
Asfalt döşənmiş yollar
Küçə gözəl görünür.
Hər tərəf gül qoxuyur,
Qönçə gözəl görünür
Çiçəklərin ləçəyi
Incə, gözəl görünür.
Parklar da ayrı aləm,
Məncə gözəl görünür.
Bakı, Şəki, Naftalan
Gəncə gözəl görünür.
Hansı səmtə baxırsan,
Üç rəngli bayrağımız
Uca, gözəl görünür.
Əyilməyən, sınmayan
Qoltuğa sığışmayan
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***
Ona hər an, hər zaman
Kömək olsun Yaradan.
Odur Azərbaycanda
Gözəlliyi yaradan.
Əməlinə, işinə
Dəstək olur yar adam
Millət ayılıb artıq,
Seçir ağı qaradan.
Xalqımız sağalacaq,
Düşmən vuran yaradan.
Əyilməyən, sınmayan
Xalqına arxa, həyan
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***
Uğurla yola salır,
O ayları, illəri,
Cənnətməkan eyləyir
Obaları, elləri
Yurdumuza buraxmır,
Dağıdıcı selləri.
Nəfəsiylə isidir,
Qönçədəki gülləri
Tapır, üzə çıxarır
Dil-dil ötən dilləri.
Sinələrdə bərq vurur
Sazımızın telləri,
Muğam, ana laylası,
Şad edir nəsilləri.
Əyilməyən, sınmayan
Qoltuğa qısılmayan
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***
Sərkərdə qayğısıyla,
Formalaşdı, ordumuz.
Inşallah, şad əllərdən
Qurtaracaq yurdumuz
Əzib, məhv edəcəyik,
Vəhşiləşmiş qurdu biz!
Tərtəmiz silinəcək
Kədərimiz, dərdimiz
Xariqələr quracaq,
Igidimiz, mərdimiz
Əyilməyən, sınmayan
Qoltuğa qısılmayan
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

***
El qəlbində yaşadır,
Sevimli övladını.
Qismət oldu daddıqq biz,
Müstəqillik dadını.
O dünyaya tanıtdı,
Yurdumuzun adını.
Ona dağ tək dayaqdır
Xanım-xatın qadını.
Millət yaxşı tanıyır,
Yaxınını, yadını.
Tezliklə söndürəcək,
Bu savaşın odunu.
Əyilməyən, sınmayan
Qoltuğa qısılmayan
Bir ər oğlu ərdi o.
Qələbəyə inamdı.
Bu qüdrətli qəhrəman
Heydər oğlu İlhamdı.

Əvəz Lələdağ
  • Müəllif: dunya
  • Tarix 20-12-2016, 12:06
  • Bölmə: Ana səhifə, Dunyatv, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 93
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Март 2017    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac