Əvəz Lələdağ "Sumqayıt bulvarı" - 20 12 2016

[center][/center]Sumqayıt bulvarı

Bulvarda gəzirəm ömrün bu çağı,
Burda gözəllikdən doymayır gözüm.
Səmada bərq vuran ölkə bayrağı,
Vətənə güc verir, insana dözüm.

Elə bil xalıdır bu yaşıl çəmən,
Ilmələr, çeşnilər, gözəl naxışlar.
Bəxtəvər başına ay ana Vətən,
Hüsnünə zillənir xumar baxışlar.

Sən bu mənzərəyə dönüb bir də bax,
Zövqünü oxşayar, güllər, çiçəklər.
Hər yan sehrangahdı, hər yan çılçıraq,
Subhçağı gəl, sehli-sehli çiçək dər.

Bir biriylə salamlaşır ağaclar,
Xan çınarlar yerdən göyə boylanır.
Bu sahildə gör nə qədər ağac var,
Çoxları buranı qibləgah sanır.

Burda cilalanıb qaya da , daş da,
Bura insanlarla dost edir məni.
Burda firavandı böcək də, quş da,
Güllərin ətiri məst edir məni.

Bəşər övladının işi, əməli,
Köhnə xarabanı gülüstan edib.
Paxılın, nakəsin qırılıb beli,
Gördüyün nə varsa bil, insan edib.

Bulvarda gəzdikcə eynim açılır,
Necə də sərindi dənizin mehi,
Burda fəvvarələr gülür, əl çalır,
Səpilir üstümə mirvari şehi.

Ilahi, könlümü daim şad eylə,
Işığın əbədi gözümdə yansın.
Qarabağ dərdimi sən kasad eylə,
Bizə zülm edənin qəlbi dayansın.

Ilahi, şöləvər bir çıraq olum,
Zülmət gecələrim dönsün gündüzə.
Öz doğma yurdumda od-ocaq olum,
Ya Rəbbim, yaman gün göstərmə bizə.

Eşq olsun Vətənin igid oğluna,
Daşı daş üstünə qoyana alqış!
Xalqın məhəbbəti halaldır ona,
Elin istəyini duyana alqış!

Alır ağuşuna hər axşam, səhər,
Qocanı, cavanı, şən uşaqları.
Sənin varlığına şükür, ay Xəzər,
Qoynunda görürəm mən uşaqları.

Hərənin dünyada bir cür zövqü var,
Çoşan ilhamımdı mənim gözəllik.
Şairi bəyənməz axmaq adamlar,
Onlara qənimdi, qənim gözəllik.

Burda tüğyan edir gecə nur seli,
Göyün ulduzları səpilib yerə.
Sumqayıt bulvarı dünya gözəli,
Gör necə yaraşır mavi Xəzərə.
02.09.2016
  • Müəllif: dunya
  • Tarix 20-12-2016, 12:11
  • Bölmə: Ana səhifə, Dunyatv, Esrin Sedasi, Maraqlı
  • Baxılıb: 82
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Arxiv
Sayğac