dunyatv.az
CANLI YAYIN

Qərb Universitetində yenilik:"Təqaüdçülər üçün sosial layihə"

15-03-2017, 17:16

Qərb Universiteti “Third Age Baku” sosial layihəsi çərçivəsində təqaüddə olan və artıq əmək fəaliyyəti ilə məşğul olmayan insanlara öz qapılarını açmışdır.
Dunyatv.az 168 saat-a istinaden bildirirki,layihə iştirakçılarına hər həftənin şənbə günü Qərb Universitetində kompüter kursları təşkil olunur. Kurslar tamamilə ödənişsiz olaraq həyata keçirilir.

Dərslərin aparılmasında məqsəd yaşlı insanların kompüterdə baza bilik və bacarıqlara yiyələnməsi, internetdə informasiya axtarışının aparılması və digər vərdişləri əldə etməsi və beləliklə, yaşlı insanların müasir cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.

Dərsləri Riyaziyyat və kompüter texnologiyaları kafedrasının dosenti Rəna Hacıyeva tədris edir.

Kompüter kurslarından başqa layihə iştirakçılarını müxtəlif mövzularda ustad dərslərində iştirak, maraqlı insanlarla görüşlər və digər bu kimi tədbirlər gözləyir.

Kurslara yazılmaq üçün (+994) 12 492 61 63 telefonu ilə əlaqə saxlaya bilərsiniz.



[center][/center]Qərb Universitetində yenilik:"Təqaüdçülər üçün sosial layihə"


Oxunub: 1 747

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.