dunyatv.az
CANLI YAYIN

Bir qadın mütləq bunları etməlidir!

22-04-2014, 16:42


Ediləcəklər siyahısı olan insanlar, hansı yoldan gedəcəklərini daha yaxşı bilərlər. Mənə görə hər insanın etməsi lazım olan və həyatında yaşaması lazım olan bəzi şeylər vardır. Gəlin baxaq nə imiş onlar?[/i]

 

 

 Özünüzü tanıyın və güvənin

Kim olduğunuzu kəşf edin. Nələri edə biləcəyinizi bilin. Daha doğrusu, hər şeyi edə biləcəyinizi bilin. Özünüzə güvənməniz üçün lazımlı olan və çətin olduğunu düşündüyünüz bir şeyi edin. Bu sizə yaxşı gələcəkdir. Birini etdikdə, digərlərini də edə biləcək olduğunuza əmin olun. 6 ilə yaxın siqaret çəkdim. Bir gün buraxdım və artıq özümə inamım çox yüksək,çünki heç edə bilməyəcəyəyimi düşündüyüm, böyük bir vərdişdən imtina etməyi bacarmışdım. Yeni bir yola çıxdım və agız qoxusundan xilas oldum. Mənim kimi bir narkoman siqareti buraxsa, artıq hər şeyi edə bilər. Özünüzü tanıyın, edə biləcəklərinin çox vaxt fərqinə varmır insan.

[/i]

 

Tərzinizi tapın

Bədəninizin, ruhunuzun və ağılınızın ortaq uyğunlaşmasını tutun. Özünüz üçün bir tərz meydana gətirin. Məsələn yaxın bir yoldaşınız vitrində bir paltar, bir boyunbağı və ya ayaqqabı gördüyündə, sizin sevəcəyiniz və stildə bir paltar olduğunu düşünə bilsin.
[/i]

 

Özünüzü bağışlayın

Keçmişdə etdiyiniz səhvlərdən ötəri, davamlı özünüzü günahlandırmaqdan imtina edin. Olan oldu və artıq "indi" var! İndini, keçmişin səhvləriylə kədərlənərək keçirsəniz, gələcəkdə bu günlərdə xərclədiyiniz zamana çox kədərlənərsiniz. Peşmanlıq xəstəlik kimidir, özünüzü yaxşılaşdırmasanız, davamlı batarsınız. Yalnız səhvlərinizdən dərs alın və cibinizə qoyub gedin. Peşmanlıq ağılınızdan belə keçməsin,çünki peşmanlıq insanın cibində deyil, kürəyində daşıdığı bir yükdür.
[/i]

 

Özünüzü sevin daha sonra başqa birini!

Əvvəl özünüzü sevin və qiymətli olun. Əvvəl siz əhəmiyyətli olun. Özünüzü həqiqətən sevə bilməyi öyrəndiyinizdə, pis əlaqələr, pis yeməklər, pis bir həyat yaşaya bilməzsiniz,çünki insan sevdiyinin pisliyini istəməz. Sonra birini həqiqətən sevin. Onun sizi sevib sevməməsinə baxmayın, siz sonsuz və gözləməsiz sevin. Bu duyğunu doya doya yaşayın. Siz sevməyi öyrəndiniz,qalanı əhəmiyyətli deyil!
[/i]


Oxunub: 1 284

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.