İsmayıllı Əmək Yarmarkası 25.07.2015 Bu GüN informasiya proqramı

İsmayıllıda əmək yarmarkası keçrilib.Yarmarkada işsiz və işaxtaran vətəndaşlar üçün  420-dən çox boş iş yeri təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən İsmayıllı rayonunda işəgötürənlərin iştirakı ilə əmək yarmarkası keçirilib. 
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  müavini Mətin Kərimlinin, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı , idarə vər müəssələrin rəhbərləri və iş axtaranlar iştrak edib.

essss

Tədbirdə ölkəmizdə davamlı makroiqtisadi inkişaf və iqtisadiyyatın şaxələndirilməsinin, çoxsaylı yeni iş yerlərinin açılmasının əmək bazarının inkişafına, əhalinin məşğulluq imkanlarının artmasına şərait yaratdığı vurğulanıb.


Rayonda cari ildə artıq ikinci dəfədir ki, əmək yarmarkası təşkil olunur və əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) iş yerlərini işaxtaran və işsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır. 
Gələn qonaqlarda yarmarkanın təşkilatı vəziyyəti, təqdim olunan vakansiyalarla tanış olub, tədbir iştirakçılarının, habelə işəgötürənlər  belə tədbirlərin işsizliyin ardan qaldırlmasında böyük təkan olcağına zəmin yaradacığını bildriblər.


Yarmarkada işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə iş yerləri də olub.


Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.

Bidlrilib ki məşğulluq xidməti orqanları tərəfindən münasib işlə təmin olunanların sayı isə ümumilikdə 13,7 min nəfər təşkil edib. Habelə "Əmək Birjaları” tərəfindən 1480 nəfər müvəqqəti xarakterli  işlərə göndərilib. İşaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də tədbirlər davam etdirilir və son 6 ayda 1800 nəfər belə şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. 

Qeyd edək ki, bu il ölkəmizin 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur. Cari ilin birinci yarımilində artıq 11 şəhər və rayonda bu yarmarkalar keçirilib ki, həmin tədbirlər nəticəsində 650 nəfər münasib işlərlə təmin olunub.

  • Müəllif: Ali
  • Tarix 27-07-2015, 08:34
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 746
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac