bu gun informasiya proqramı Tovuzda yanğın 21.07.2015

TOVUZDA YANĞIN HADİSƏSİ OLUB.

"Tovuz qida məhsulları" MMC-nin ərazisində yanğın olub. Yanğın zamanı 200 kv.m sahədə quru ot, ümumi sahəsi 660 kv.m olan anbarın yanar konstruksiyaları, içərisində olan kağız yığımı 300 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Gecə saatlarında Tovuz səmasını bürüyən alov sakinləri qorxuya salıb. Rayonun bir çox yerlərindən görünən güclü yanğın hazırda fəaliyyət göstərməyən "Tovuz qida məhsulları" MMC-nin ərazisində baş verib. Yanğın zamanı 200 kv.m sahədə quru ot, ümumi sahəsi 660 kv.m olan anbarın yanar konstruksiyaları, içərisində olan kağız yığımı 300 kv.m sahədə yanaraq yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə,ətrafdakı quru otların alışması nəticəsində alov binaya da keçib. Şiddətlənən yanğını söndürmək üçün əraziyə Tovuz YMH-nın 3 avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb edilib. Nəticədə alovu ram etmək mümkün olub. Qeyd edək ki,yanğın baş verən ərazidə yaşayış evləri çox olduğundan sakinlər mənzillərinə od düşəcəyindən ehtiyyatlanıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Müəllif: Ali
  • Tarix 27-07-2015, 08:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 932
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac