Gəncə-Böyük Kəsik dəmiryolunda keçidlər tikilir.27.07.2015 DÜNYA TV

DƏMİR YOLU KEÇİDLƏRİNDƏ YENİ-MÜASİR MƏNTƏQƏLƏR TİKİLİR.

 Gəncə-Böyük-Kəsik istiqamətində olan dəmir yolu keçidlərində, müasir standartlara cavab verə biləcək məntəqələrin tikintisi davam etdirilir. Məntəqələrdə quraşdırılacaq şlaqbaunlar kompüter vasitəsi ilə avtomatik qatarların müəyyən məsafədə yaxınlaşması zamanı enib-qalxacaq.

Gəncə-Böyük-Kəsik istiqamətində olan dəmir yolu keçidlərində yeni məntəqələrin tikintisi dəmiryolu keçid məntəqələrindəki hadisələrin qarşısını alacaq. Keçid məntəqəsi ətrafında yaşayan sakinlərin sözlərinə görə, hər il keçid məntəqələrində onlarla hadisələr baş verirdi ki, artıq yeni məntəqələrin tikintisi bu hadisələrin qarşısını alacaq.


Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin başa çatması ilə əlaqədar stansiyalarda hazırlıq işləri sürətlənib. Yeni yolda müasir tipli sürət qatarlarının xəttə çıxarılması təhlükəsizlik tədbirlərini gündəmə gətirib. Dəmiryolu keçidlərində qurulan yeni post məntəqələri müasir görnüşü ilə fərqlənir. Gəncə böyük Kəsik ərazisində 27 keçid məntəqəsi olacaq. Qeyd edək ki, məntəqələr Körpü Bina-Tikinti təşkilatı tərəfindən aparılır. Tikintinin iş icraçısı Məhəmməd Zeynalovun sözlərinə görə, Gəncə-Böyük-Kəsik istiqamətində artıq 6 məntəqənin əsaslı tikintisi başa çataraq təhvil verilməyə hazırdı. Bütün məntəqələrin tikinti işlərinin isə avqusta kimi başa çatdırılması planlaşdırılır.


Məntəqələrdə nəzarətçilər olsada, lakin şlaqbaunların enib qalxması kompüter vastəsi ilə qatarın yaxınlaşmasına müəyyən qədər məsafə qaldıqda avtomatik həyata keçiriləcək.


Məntəqələrin tikintisi ilə yanaşı keçidlərdə müasir tipli şlaqbaun avadanlıqlarının qurulması da planlaşdırılır. Yeni məntəqələrdə növbətçilərin rahatlığı və ətraf ərazidə yaşıllıq zollağının salınması da planlaşdırılır.


  • Müəllif: Ali
  • Tarix 27-07-2015, 11:42
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 711
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac