bu gun informasiya proqramı Salyanda mualicəvi su.28.07.2015

Salyan rayonu dağlıq və meşəlik ərazidə yerləşməsə də müalicəvi əhəmiyyətli isti suları və palçıq vulkanları ilə zəngindir. Xüsusilə belə müalicəvi əhəmiyyətli isti sular və palçıq vulkanların məkanı sayılan Babazənan dağlarında daha çoxdur.

 

Naq.Rayon mərkəzindən 10 kilometr aralıda sıralanmış Babazənan dağlarında min illərdir müalicəvi əhəmiyyətli isti sular yerin təkindən qaynayaraq üzə çıxır. Mülicəyə gələnlər əvvəlcə bu sularda çimir sonra isə 40 -50 dərəcə istiliyə malik vulkanik palçığı bədənlərinə yaxırlar.Hətta şəfa taparaq buranı müqəddəs məkan hesab edənlər də var.Şəfalı sular hərəkət-dayaq sistemindəki problemləri, radikulit, revmatizm və dəri zöhrəvi xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

 

İllərdir ki, bura mütəmadi gələn şəxslər iddia edirlər ki, bu şəfalı sular qadın genekoloji xəstəlikləri üçün də faydalıdır.

 


 

.Tarixi mənbələrə görə, görkəmli alman alimi, akademik Vilhelm German Abex 1860-cı ildə Salyanda olub. İsti suların kimyəvi tərkibini öyrənib. Abex Salyan isti sularının Avropanın ən məşhur Karlovı Varı kurortunun suyunun tərkibi ilə eyni olduğunu bildirib.Mənbəyi hələ də bilinməyən "Şır-şır” bulağının da öz müalicəvi əhəmiyyəti var. Mütəxəssislərin dediyinə görə, bulaqdakı hidrogen-sulfid qazı dəri xəstəlikləri ilə yanaşı şişxassəli xəstəlikləri törədən ağır metalları da bədəndən çıxarır.

  • Müəllif: Ali
  • Tarix 28-07-2015, 09:57
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 866
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac