bu gun informasiya proqramı tovuzda arxeoloq işləri 28.07.2015

bu gun informasiya proqramı  tovuzda arxeoloq işləri 28.07.2015

 

TOVUZDA 8 İLDİR APARILAN ARXEOLJİ QAZINTI İŞLƏRİ BAŞA ÇATMAQ ÜZRƏDİR.

Tovuzda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası və Fransa milli elmlər araşdırmalar mərkəzinin mütəxəssisləri ilə birgə neolit və eniolit dövrünə aid olan "Menteş təpə” adlanan ərazidə qədim yaşayış məskənində 8 ildir aparılan tədqiqat işləri başa çatmaq üzrədir.

Tovuzda 8 ildir aparilan arxeolji qazinti işləri başa çatmaq üzrədir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyası Tovuzda, Fransa milli elmlər araşdırmalar mərkəzinin mütəxəssisləri ilə birgə neolit və eniolit dövrünə aid olan "Menteş təpə” adlanan ərazidə qədim yaşayış məskənində 8 ildir aparılan tədqiqat işlərini yekunlaşdırmaq üzrədir. Tədqiqatların əsas məqsədi Kür çayının orta axarında qədim yaşayış məskənlərinin tədqiq etməkdir. "menteş təpə” adlanan ərazidə aparılan qazıntılar zamanı əsasən bu dövrdə insanların yaşam tərzi, tikinti mədəniyyəti, istifadə etdikləri qida məmulatları, əldə etdikləri erkən texnologiya və həmin dövrün iqlim şəraiti öyrənilib. Artıq 8 ildir ki aparılan qazınıtılar zamanı əldə olunan materialların radio-karbon analizlərinin nəticələri abidənin bizim eradan əvvəl 5 ci minilliyə aid deyil, daha min il də qədimə, 6-cı minilliyə aid olduğunu deməyə əsas verib. Aparılan araşdırmaların nəticəsi olaraq Menteştəpənin Azərbaycanın ən qədim dövrünün 3 mərhələsini özündə əks etdirdiyi məlum olub.

Ən maraqlısı odur ki arxeoloji qazıntılar zamanı ərazidən ümumilikdə mindən çox material götürülüb. Tapılan əşyalar arasında qızıl və digər əşyalar da var.


Menteştəpə abidəsindən arxeloqların aşkar etdiyi materialların bir çoxu sınıq və yararsız vəziyyətdə olduğundan onun restavrasiyası ilə də ayrıca yerli və xarici mütəxəssislər qrupu çalışır. Bəziləri sınıq küpləri bərpa edir bəziləri isə mikroskopla incə detalları hətta qızıl əşyaları bərpa etmək işi ilə məşğuldur. Qeyd

edək ki sonda bu yaşayış məskənindən əldə olunan elmi nəticələr beynəlxalq ictimaiyyətə təqdim ediləcək.


  • Müəllif: Ali
  • Tarix 28-07-2015, 10:01
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 723
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac