Xacmaz qaz acilisi bu gun informasiya proqrami 29 07.2015

Xaçmazda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 65-ə çatdı.

        

            Xaçmaz rayonununda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 65-ə çatıb. "Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Qalağan kəndinin qazlaşdırılması başa çatdırılaraq 165 abonentə ilk dəfə "mavi yanacağ”ın verilməsinə başlanılıb. Qalağan kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

          

            Mərasimdə bildirilib ki, Qalağan kəndinin qazlaşdırılması üçün ümumilikdə 4 min 240 metr polietilen və 15 min 167 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Bununla yanaşı, kənddəki bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qaz verilib. Qeyd olunub ki, bu ilin sonuna kimi rayonun daha 7 yaşayış məntəqəsi təbii qazla təmin ediləcək. Hazırda Alıc, Çılğır, Hacılar, Gəncəli, Qaraçı, Qədimalı Qışlaq, Hacıqurbanoba kəndlərinin qazlaşdırılması işləri həyata keçirilir.


  • Müəllif: peris
  • Tarix 29-07-2015, 09:44
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 803
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac