xizida yangin bu gun informasiya proqrami 29/07/2015

 Xızı rayonunda yanğın hadisəsi baş verib. Hadisə Dizəvər yaylağında, yüksək dağlıq ərazidə qeydə alınıb.

 

            

            Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası və Aviasiya dəstəsinin helikopteri  hadisə yerinə cəlb olunub.

 

       

            Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, Nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb. Dizəvər kənd sakinləri isə ilk dəfə ərazidə belə bir hadisənin baş veridyini bildirirlər. Yanğın geniş ərazini əhatə etsə də Dizəvər kəndinə ziyan dəyməyib.

 

           

 

            Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əməliyyat davam edir. Yanğın gecə saatlarına kimi davam edir.


  • Müəllif: peris
  • Tarix 29-07-2015, 09:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 802
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac