Füzulidə daha 2 kənd qazlaşdırılıb 29 07 2015

Cəbhə bölgəsi olan Füzulinin daha iki qəsəbəsinə mavi yanacaq verilib . Qazlaşdırılma işləri başa çatan rayonun 6 və 7 Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.


Füzulidə qazlaşdırılma işləri taş sürətlə davam edir . Dövlət proqramına uygun olaraq rayonun iki yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə açılış mərasimi keçirilib. Açılış mərasimində İcra Hakimiyyətinin başçısı Alı Alıyev, "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon rəhbəri – sakinləri qazın verilməsi münasibətilə təbrik edib və əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə görülən işlərdən danışıb. Rayon rəhbəri bidirib ki , rayonun əksər yaşayış məntəqələri qazlaşdırılıb, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaqdır.

 

Bildirilib ki, 200 abonenti olan 6 Qayıdış və 205 abonenti olan 7 Qayıdış qəsəbələrində birpilləli sistem əsasında uzunluğu 13281 metr olan metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilib. Evlərə sayğac quraşdırılıb.


  • Müəllif: peris
  • Tarix 30-07-2015, 10:07
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 690
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac