Salyanda yanğın hadisəsi baş verib 29 07 2015

:Salyan rayonunda baş verən yanğın zamanı 1000 ədəddən çox ot bağlaması, 12 baş iri və xırdabuynuzlu heyvan yanaraq tələf olub.

 

Naq:Yanğın hadisəsi ötən gün axşam saatlarında Salyan rayonunun Ərəbqardaşbəyli kəndinin ərazisində yerləşən fermada qeydə alınıb. Belə ki, həmin kəndin sakini Vahid Firidunoğluna məxsus fermada ot bağlaması anidən alovlanmağa başlayıb. Yanğının əhatə dairəsi genişlənərək mal-qaranın saxlanıldığı əraziyə keçib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat verilib. Dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın və 10 nəfər şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürülüb, digər hissələrə keçməsinin qarşısı alınıb. Lakin buna baxmayaraq ümumi sahəsi 575 kvadratmetr olan fermanın 330 kvadratmetr sahəsində və fermanın içərisinə yığılmış 1000 ədəddən çox ot bağlaması yanaraq kül olub. Yanğın zamanı həmçinin fermanın içərisində olan 12 baş xırdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yanğının elektrik naqillərindəki qısaqapanmadan olduğu ehtimal edilir.

 


  • Müəllif: peris
  • Tarix 30-07-2015, 10:10
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 712
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac