qazaxda gomruk bu gun informasiya proqrami 29//07//2015

AĞSTAFA RAYON ƏRAZİSİNDƏ OLAN SADIXLI KEÇİD MƏNTƏQƏSİNDƏ AVTOMOBİL YOLU AÇILACAQ.

Qazax rayonu ərazisində yerləşən "Sınıq körpü” sərhəd keçid məntəqəsində sərnişin sıxlığı nəzərə alınaraq, Ağstafa rayon ərazisində yerləşən "Sadıxlı” sərhəd keçid məntəqəsində avtomobillərin keçidinin təmin edilməsi Gürcüstan və Azərbaycan kömürükçüləri tərəfindən razlaşdırılb.

"Sınıq Körpü”-də yaranan sıxlığı aradan qaldırmaq üçün Gürcüstanla sərhəddə yerləşən keçid məntəqələrində sərnişinlərin 24 saat keçidi təmin olunacaq. Bu barədə Azərbaycan və Gürcüstan gömrük orqanlarının nümayəndə heyətlərinin görüşü zamanı bildirilib. Görüşdən əvvəl nümayəndə heyətləri "Sadıxlı” keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair əldə olunan razılıq çərçivəsində "Sadıxlı” və "Mtkvari” keçid məntəqələrindəki vəziyyətlə tanış olublar. Daha sonra "Sınıq Körpü” keçid məntəqəsində nümayəndə heyətlərinin görüşü keçirilib. Bildirilib ki,bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialının gücləndirilməsi ilə əlaqədar sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Görüşdə "Sadıxlı” və "Mtkvari” keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub.

  • Müəllif: peris
  • Tarix 30-07-2015, 11:10
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 954
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac