Bu gün dünyamızda çox nadir rast gəlinən təbiət hadisələrindən biri müşahidə ediləcək.31.07.2015

Bu gün dünyamızda çox nadir rast gəlinən təbiət hadisələrindən biri olan "Mavi Ay" müşahidə ediləcək.

"Report" xatırladır ki, "Mavi Ay" sonuncu dəfə 2012-ci ilin avqustunda müşahidə edilib və bir əsr ərzində yalnız 5 dəfə meydana gəlir. Astronomların hesablamalarına görə, növbəti belə təbiət hadisəsinin 2018 və 2020-ci illərdə meydana gəlməsi gözlənilir.

Əslində, "Mavi Ay” dünyada meydana gələn vulkan püskürməsi və meşə yanğınlarının səbəb olduğu toz buludlarının hərəkəti nəticəsində mavi və onun çalarlarında göründüyündən, astronomlar nadir təbiət hadisəsini belə adlandırıblar. Ancaq Yerin peykinin rəngi dəyişmir, sadəcə, Ay toz buludları səbəbindən mavi rəngdə görünür.

"Mavi Ay” bir termin kimi 1946-ci ildə "Sky&Telescope” jurnalı tərəfindən istifadə olunsa da, ilk dəfə 1883-cü ildə aydın şəkildə müşahidə edilib və elmi kitablarda qeyd olunub. Ancaq maviyə çalan Ay 1991-ci ildə müşahidə olunub.

 


  • Müəllif: peris
  • Tarix 31-07-2015, 08:35
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 661
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac