Terterde qaz acilisi 03/08/2015 bu gun informasiya proqrami

Cəbhə kəndlərin qazlaşdırılması sürrətlə davam edir.Tərtər rayonunun dörd yaşayış mənəqəsinə mavi yanacaq verilib .

Dövlət proqramına əsasən Tərtər rayonunun Poladlı ,Mamırlı ,Kəngərli və Bala Kəngərli kəndlərinə təbii qaz verilib . Təbii qazın kəndlərə verilməsi münasibətilə açılış mərasimi keçirilib . Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri , Azəriqaz İstehsalat birliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər . Tədbirdə çıxış edənlər kəndlərə qazın verilməsi münasibətilə təbrik ediblər .Bildirilib ki,120 abonenti olan Poladlı kəndindinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunlugu 15 883 metr müxtəlif diametrli polietilen ,ümumi uzunlugu 7576 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib .


Mamırlı kəndinin qazlaşdırılması üçün isə ümumi uzunlugu 26 635 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib , 342 evə saygac quraşdırılıb .


315 abonenti olan Kəngərli kəndində qazın çəkilməsi üçün uzunlugu 18 346 metr müxtəlif diametrli metal bporularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib .


Bala Kəngərli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunlugu 6832 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib və 120 evə saygac quraşdırılıb .


  • Müəllif: peris
  • Tarix 4-08-2015, 07:56
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video
  • Baxılıb: 827
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac