Azərbaycanda bir gündə 6 nəfər dənizdə batıb 05.09.2015

Onların hamısı çimərlik üçün nəzərdə tutulmamış ərazilərdə boğulublar.

 

Bu gün Azərbaycan ərazisində 17 yaşlı daha bir qız dənizdə batıb.   

 

İnterAz-ın Fövqəladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin "112” qaynar telefon xəttinə Bakının Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) 1998-ci il təvəllüdlü  Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. L.Bədəlovanın cəsədi "Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:30-da başa çatıb.

 

*** 

04.08/23:51

Avqustun 4-də axşam saatlarında respublika ərazisində daha 3 dənizdə batma halı qeydə alınıb.

 

Dənizdə batma faktlarından ikisi Bakıda, biri isə Xaçmazda qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə,  FHN-nin "112” qaynar telefon xəttinə  Bakının Qaradağ rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbinin  suda batması haqqında məlumat daxil olub. A.Ərbinin cəsədi "Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:58-də başa çatıb.

 

APA-nın şimal bürosunun bundan əvvəl  verdiyi məlumata görə, Quba rayonunun Ərməki kənd sakini 18 yaşlı Elvin Kərimov dənizdə batıb. Hadisə Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndində olan sahilində qeydə alınıb.

 

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

18 yaşlı gəncin qadağan olunan ərazidə çimdiyi bildirilir.

 

Bundan başqa, FHN-nin "112” qaynar telefon xəttinə  Sabunçu rayonundakı Pirşağı çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar.

 

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur.

 

***

04.08/18:45

Xəzərdə iki nəfər batıb, bir nəfər xilas edilib. 

 

İnterAz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112” qaynar telefon xəttinə Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E.Həmidovun və A.Tanrıverdiyevin meyiti "Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Bundan başqa Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

 

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

 


  • Müəllif: peris
  • Tarix 5-08-2015, 11:34
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 776
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 15 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac