Gün ərzində nə qədər su içmək lazımdır? 05.09.2015

Hər gün 8 stəkan suyun içilməsi vacibdir. Ancaq çay, kofe,şirə, kampot suyu əvəz etmir. Çox vaxt biz buna əməl etmirik. Orqanizmdə də metabolizmin işi zəifləyir, nəticədə toksinlər bədənimizdə qalır. Yay aylarında bunları nəzərə alaraq, suyu daha çox içmək lazımıdr.

 Aşağıdakı problemlər susuzluqdan yaranır.

1. Gözlərdə quruluq. Gözlərdə yüngül qaşınma hiss olunursa, qızartı varsa, mütləq su içmək lazımdır. Gözdə suyun çatışmazlığı müxtəlif səbəblərə gətirib çıxara bilər.

2.  Güclü susuzluq hissi. Orqanizmdə güclü susuzluq hissi yaranırsa, bu o deməkdir ki, beynin fəal siqnalları maye tələb edir. Bədənin su ehtiyatına ehtiyacı var.

3.  Ürək döyüntülərinin artması. Orqanizmdə su azaldıqca , qanın sürəti azalır, yük ürəyə düşür . Ona görə də ürək tez-tez döyünməyə başlayır.

4.  Ağızda quruluq. Əgər orqanizmdə problem yoxdursa, ancaq ağızda quruluq hiss edilirsə, dəməli susuzluğun əlamətidir.

5.  Sidiyin azalması və rənginin dəyişməsi. Orqanizmdən su çatışmazlığının bir əlaməti də sidiyin azalması və rənginin tündləşməsidir.

6. Oynaqlarda ağrı. Yaşlı insanlardan fərqli olaraq cavanlarda da oynaq ağrısı olur. Bəzilərində qaçış və tullanmadan sonra ağrıyır. Əgər sizdə heç bir problem yoxdursa, deməli oynaqlar susuzluqdan ağrıyır. Insanda qığırdaq disklərinin  80%- i sudan ibarətdir. Su çatışmazlığı zamanı da disklərdə sürtülmədən problem yarana bilər.

7. Quru dəri. Dərinizdə quruluq hiss olunursa, bu susuzluğun əlamətidir. Bolluca su içmək lazımdır.

8. Əzələ kütləsinin sıxlığı. Əzələlər yarıya kimi sudan ibarətdir. Belə ki, məşq zamanı xırda qurtumlarla su içmək məsləhətdir.

9. Daimi yorğunluq və süstlük. Əgər çox yatırsınızsa, ayağa durmağa taqətiniz yoxdursa, o zaman içdiyiniz suyun miqdarına diqqət etmək lazımdır.

10. Həzmin pisləşməsi. Mədədə qıcqırma hiss olunursa, mütləq su için. Mədədə lazım olan nəmlik azalır və turşuluq artır, qıcqırma baş verir.

Sağlam və cavan qalmaq üçün ömür boyu düzgün su balansını qorumaq lazımdır.

Tahirə

 


  • Müəllif: peris
  • Tarix 5-08-2015, 11:48
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 561
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac