Qazaxda DYP nin reydi zamanı mübahisə yaşanıb 08 08 2015

QAZAX RAYON DYP-NIN ƏMƏKDAŞLARI RAYON ƏRAZSISINDƏ TƏMIZ HAVA AYLIĞI ILƏ ƏLAQƏDAR OLARAQ REYD KEÇIRIB.

 Avqustun 1-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində "Təmiz hava” aylığına başlnıb. Bu gün Qazax rayon DYP-nin əməkdaşları rayon ərazsisində Təmiz hava aylığı ilə əlaqədar olaraq reyd keçirib. Reyd zamanı 40-çox avtomobil saxlanılaraq yoxlanılıb və onlardan 20-nə avtomobillərində ixrac qazlarının tərkibinin normadan artıq olmasına görə cəirmələr tətbiq edilib. Reyd zamanı həmçinin sürücülüər ilə yol polisi əməkdaşları arasında mübahisəli anlarda yaşanıb.

 

Bu gün Qazax rayon DYP-nin əməkdaşları rayon ərazsisində Təmiz hava aylığı ilə əlaqədar olaraq reyd keçirib. Avqustun 31-dək davam edəcən "Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

Tədbirlə əlaqədar Qazax Polis şöbəsinin Yol Polisi Bölməsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət cəlb edilərək İnzibati xətalar məccələsinin 155.2.1 maddəsi ilə 50 manat məbləğində cəirmə ediliblər. Reyd zamanı bəzi sürücülər isə onlara tətbiq edilən cəirməni həzim edə bilmədiklərindən polisə qarşı şantaj edərək onlarla mübahisə edib və yol polisinin əməkdaşlarına hədə-qorxu gəlməklə məhsuliyyətdən yayaınmağa çalışıblar.


Digər sürüclər isə avtomobillərindən ixrac qazlarının tərkibinin normadan artıq olmasında petrolları günahlandırıblar.


Qazax rayon Polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Ramiz Qasımov bildirib ki, ekalojiyanın və havanın təmiz saxlanması, tək polislərə yox hər bir

vətəndaşa lazımdı. Bu baxımdan da bəzi mübahisə edən sürücülər yaxşı olardı ki, mübahisə etməkdənsə öz avtomobillərinin mühərriklərində olan nasazlıqları ardan qaldırsınlar.


Reyd zamanı 40-çox avtomobil saxlanılaraq yoxlanılıb və onlardan 20-nə avtomobillərində ixrac qazlarının tərkibinin normadan artıq olmasına görə cəirmələr tətbiq edilib.


  • Müəllif: peris
  • Tarix 10-08-2015, 07:10
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 1 063
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac