Cəlilabadda üzümçülük inkişaf edir.10.08.2015

Cəlilabad rayonunda üzüm yığımına start verilib.Hələ ki, bağlardan daha tez yetişən süfrə üzüm sortları yığılır.

Cəlilabadın üzüm bağlarında məhsul yığımı bir neçə gündür davam edir. Üzümçülərin bildirdiyinə görə təsərrüfat ilinin əlverişli keçməsi bağlarda məhsul bolluğuna səbəb olub. Üzüm yerli bazarlarla yanaşı xaricə də ixrac olunur.



Fermerin bildirdiyinə görə kütləvi yığım dövründə bağlardan texniki üzüm sortu üçün hər hektardan 70, süfrə üzümü sortları üçün isə 60 ton məhsul toplanması proqnozlaşdırılır.Təbii ki bu məhsuldarlığa tinglərə yaxşı qulluq göstərməklə nail olunub.


:Bir vaxtlar üzümçülükdə ad çıxaran cəlilabadlılar bu sahəni yenidən inkişaf etdirmək niyyətindədir. Bu məqsədlə rayonda 1700 hektar sahədə üzüm bağları salınıb. Gəlirli sahə olduğundan təkcə bu il 200 hektar yeni üzüm bağı əlavə edilib. 2006-cı ildə rayonda şərabçılıq zavodunun istifadəyə verilməsi satışın təşkilinə müsbət təsir göstərib. İndi rayonda təkcə 800 hektar sahədə texniki üzüm sortu yetişdirilir.

 


  • Müəllif: peris
  • Tarix 11-08-2015, 12:41
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər / Video / Şəkillər
  • Baxılıb: 1 278
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 15 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac